Yunanıstanda tələbələr özəl universitetlərə qarşı 3 gündür etiraz aksiyası keçirir


Yunanıstanın paytaxtı Afinada minlərlə tələbə hökumətin özəl universitetlərin yaradılmasına icazə verən yeni qanun layihəsi ilə bağlı 3 gündür etiraz aksiyası keçirir.



Yunanıstanda tələbələrin özəl universitetlərin yaradılmasına qarşı təşkil etdiyi etirazlar davam edir.

Özəl universitetlərin açılmasına icazə verməyən nadir ölkələrdən biri olan Yunanıstanda hökumətin özəl universitetlərin açılmasına icazə verən yeni qanun layihəsi paytaxt Afinada 3 gün dalbadal minlərlə tələbə tərəfindən etirazla qarşılanıb.

Təxminən 8 min tələbə etirazların üçüncü günündə özəl universitetlərin qurulması ilə universitet dərəcələrinin əhəmiyyətini itirəcəyini bildirib.

Nümayişin sonunda bir qrup nümayişçi zibil qutularını yandıraraq polislə toqquşub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu