Yunanıstanda işçilər və məmurlar yeni əmək qanunu layihəsinə etiraz ediblər


Yunanıstanın paytaxtı Afinada hökumətin parlamentə təqdim etdiyi yeni əmək qanun layihəsinə cavab olaraq fəhlələr və məmurlar işini dayandırıblar.


Başda Mübarizə İşçi Cəbhəsi Həmkarlar İttifaqı (PAME), Yunan Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyası (ADEDY) və təhsil həmkarlar ittifaqları tərəfindən edilən çağırışdan sonra paytaxtda bir araya gələn işçilər, məmurlar və tələbələr öz reaksiyalarını bildiriblər.

Yay aylarında ölkənin mühüm problemlərindən biri olan meşə yanğınları ilə mübarizə üçün yay mövsümü üçün müvəqqəti işləyən yanğınsöndürənlər də aksiyaya qatılaraq qışda işsiz olduqlarını əsas gətirib işə götürülmələrini tələb ediblər.

Sözügedən qanun layihəsinə cavab olaraq həmkarlar ittifaqlarının 24 saatlıq tətil çağırışına cavab verən fəhlə və məmurların hərəkəti səbəbindən bəzi məktəb və xəstəxanalarda xidmətlər dayandırılıb. Tətil səbəbindən gəmilər limanlarda lövbərdə qalıb.

İctimai nəqliyyat işçilərinin günün müəyyən saatlarında tətil keçirməsi səbəbindən ictimai nəqliyyatda fasilələr yaranıb.

Həmkarlar ittifaqları, dövlət və özəl sektoru əhatə edən yeni qanun layihəsinin həftənin 5 günü, gündə 8 saatlıq iş limitinə çeviklik gətirəcəyi səbəbiylə ləğv edilməsini tələb ediblər.

Salonikidə çağırışlara cavab verən fəhlələr və məmurlar şəhərin mərkəzində etiraz aksiyası keçiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu