Fransada dəmiryol işçiləri tətil edəcək


Fransada həmkarlar ittifaqlarının çağırışı ilə Fransa dəmir yolu şirkətinin işçiləri 15-18 fevral tarixləri arasında tətil edəcək.



Yerli mətbuatda yer alan xəbərlərə görə, Fransada Sud Rail və CGT həmkarlar ittifaqları dəmiryolçularının iş şəraitinin yaxşılaşdırılması, maaşlarının artırılması və erkən pensiyaya çıxması tələbi ilə tətilə çağırıblar.

Həmkarlar ittifaqları 3 günlük tətildə iştirak nisbətinin yüzdə 70-90 olacağını təxmin edir.

FO Cheminots həmkarlar ittifaqının katibi Daniel Ferte sıx iş saatlarından şikayət edərək bildirdi ki, Fransa dəmir yolu şirkəti (SNCF) hər qatara 2 işçi söz verib, lakin bu, bütün səfərlərdə həyata keçirilməyib.

Ferte hər gün dəyişən nizamsız iş saatları ilə yanaşı, həftə sonları və bayram günlərində işləməkdən də məmnun olmadıqlarını bildirib.

Fransanın Baş naziri Qabriel Attal açıqlamasında, fransızların tətilin bir haqq olduğunu bildiyini, lakin işləməyin də məsuliyyət olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu