Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar
Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar. və paytaxt Afinada fəhlələr və tələbələr etiraz aksiyası təşkil ediblər.
Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırdığı 24 saatlıq tətili Mübarizə İşçiləri Cəbhəsi Həmkarlar İttifaqı (PAME) də dəstəkləyib.
İşçilərin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə təşkil edilən tətilin tarixi ötən il Larisa yaxınlığındakı Tempi bölgəsində baş verən və 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının ildönümü kimi seçilib.
Fəallar hökumətdən yaşayış minimumuna qarşı tədbirlər görməyi, maaşların artırılmasını və dövlət sektorunda kadrların sayını artırmağı tələb ediblər.
Digər tərəfdən fəallar ötən il fevralın 28-də Tempidə baş verən qatar qəzasına aydınlıq gətirilməsini və günahkarların cəzalandırılmasını da tələb ediblər.
Afinada tətil səbəbilə taksi, metro və tramvay xidmətləri 24 saatlıq dayandırılıb.
Yunanıstan Polis Xidmətinin məlumatına görə, Afinada tətil çərçivəsində təşkil edilən aksiyaya 20 mindən çox adam iştirak edib.
Mənbə: AA