Çin Britaniyalı iş adamının 2022-ci ildə casusluqda ittiham olunduğunu təsdiqləyib
Çin administrasiyası britaniyalı iş adamının 2022-ci ildə casusluq ittihamı ilə 5 il həbs cəzasına məhkum edildiyini açıqlayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin gündəlik mətbuat konfransında britaniyalı iş adamı ilə bağlı sualı cavablandırıb.
İngiltərə vətəndaşı Ian J. Stounsun 2022-ci ildə xarici qüvvələrə kəşfiyyat məlumatı verməklə günahlandırıldığını ifadə edən Vanq, Stounsun "casusluq" iddiasıyla 5 il həbs cəzası aldığını bildirib.
Vanq mövzu ilə bağlı təfərrüatları açıqlamayıb.
Stounsun işi dünən Wall Street Journal qəzetinin dərc etdiyi xəbərdən sonra gündəmə gəlib.
Xəbərdə 70 yaşlarında olan Stounsun təxminən 40 ildir Çində bizneslə məşğul olduğu bildirilib.