Antiterror tədbirləri zamanı yaralanaraq indiyədək komada qalan hərbçimiz şəhid oldu


2023-cü ilin sentyabrında antiterror əməliyyatları zamanı yaralanaraq indiyədək komada qalan hərbçimiz şəhid olub.



Müdafiə Nazirliyi hərbçimizin şəhid olması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərin səylərinə baxmayaraq şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu