Hindistan donanması Somali quldurları tərəfindən qaçırılan ekipajı xilas edib


Hindistan donanması Ərəb dənizində Somali quldurları tərəfindən qaçırılan gəmidən 19 pakistanlı ekipajı xilas edib.



Hindistan Müdafiə Nazirliyindən verilən açıqlamada Somali sahillərində dəniz quldurları ilə mübarizə və dəniz təhlükəsizliyini təmin etmək üçün təyin edilmiş "INS Sumitra" adlı döyüş gəmisinin uğurlu əməliyyat keçirdiyi bildirilib.

Açıqlamada Somalinin şərq sahillərində dəniz quldurları tərəfindən qaçırılan "Əl Naeemi" adlı balıqçı gəmisinin və 19 nəfərlik heyətinin 11 Somali quldurunun əlindən xilas edildiyi bildirilib.

X sosial media platformasında verdiyi açıqlamada Hindistan Hərbi Dəniz Qüvvələrinin sözçüsü qeyd edib ki, "INS Sumitra" gəmini dayandırıb və bütün ekipaj dəniz quldurlarından təhlükəsiz şəkildə xilas edilib.

Digər tərəfdən "INS Sumitra"nın yanvarın 28-də dəniz quldurları tərəfindən qaçırılan İran bayraqlı “İman” balıqçı gəmisinin heyətini də xilas etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu