SOCAR-ın vəzifəli şəxsinin 15 minini oğurladı, sonra qaytardı


Bakıda avtomobildən 15 min manat oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.


Xətai Rayon Məhkəməsində Qubadlı rayon sakini 1988-ci il təvəllüdlü R.Həşimov Cinayət Məcəlləsinin 177.2.4-cü (Xeyli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.

Müəyyən edilib ki, ötən il R.Həşimov tanışına məxsus avtomobillə Xətai rayonu ərazisinə gedib. O, gecə saat 02 radələrində Xətai rayonu Tağızadə küçəsi 7 saylı binanın qarşısında park edilmiş və hazırda “SOCAR”ın Sosial İnkişaf İdarəsinin tikinti departamentinin rəis müavini vəzifəsində işləyən S.Ş.-yə məxsus avtomobilə yaxınlaşıb. Avtomobilin şüşəsini sındıran şəxs oradan 15 min manat götürərək uzaqlaşıb.

Polis tərəfindən saxlanıldıqdan sonra o, götürdüyü pulları geri qaytarıb.

Məhkəmədə S.Ş. təqsirləndirilən şəxsdən artıq şikayətçi olmadığını bildirib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə R.Həşimova 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib və yaşayış yerini dəyişməsi qadağan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu