E-Polis mobil tətbiqi istifadəyə verilib
Daxili İşlər Nazirliyinin (DİN) E-Polis mobil tətbiqi istifadəyə verilib.
Tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.
Həmçinin proqram vasitəsi ilə borcla bağlı ölkədən çıxışa STOP qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar.
Qeyd edək ki, tətbiq artıq “Play Store” mobil mağazasına yerləşdirilib.