Azərbaycanda ilk dəfə "Tourism Fest Baku" turizm festivalı keçirilib — FOTOLAR


«Plus Media Production» şirkətinin təşkilaçılığı ilə Azərbaycanda ilk dəfə milli turizm festivalı — «Tourism Fest» keçirilib.


Festivalı 5000-dən çox insan ziyarət edib. Festival çərçivəsində musiqili proqramlar, Venesueallanın Azərbaycandakı səfirliyi tərəfindən ölkənin turizm potensialının təqdimatı, məşhur səyyahlarla görüşlər, təqdimatlar və s. keçirilib.

15 yerli turizm şirkətinin stendlərinin yerləşdiyi Festivala rəsmi dəstəyi Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, «SKAL Baku» turizm peşəkarları klubu və Azərbaycan Turist Bələdçiləri Assosiasiyası veriblər.

«Bee Tours», «Yes Travel» və «Summer Tour»un əsas tərəfdaşlığı ilə keçirilən festivalın aviaşirkət tərəfdaşı «Azərbaycan Hava Yolları» QSC, reklam və çap tərəfdaşı «CR8PRO» şirkəti, turizm mərkəzi tərəfdaşı «Şahdağ Turizm Mərkəzi», qida tərəfdaşı isə «Home Food» şirkətləri olub.

Qeyd edək ki, Festivalın əsas məqsədi turizmçiləri birbaşa potensial müştərilərlə görüşdürmək, yeni məhsulları, sərfəli turları, turizm obyektlərindəki yenilikləri yerli bazara çatdırmaq, əhali arasında turizmə marağı artırmaq və səyahətə təşviq etməkdir.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu