Şəmkirdəki güllələnmənin təfərrüatı məlum oldu: İntiqam almaq üçün... - YENİLƏNİB


Şəmkir rayonunda baş verən güllələnmə ilə bağlı bəzi məqamlar bilinib.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, güllənən Zabil Aslanov 2022-ci ildə qardaşların atasını döyüb. Onlar da intiqam almaq üçün iki il gözləyiblər.

Nəticədə Z.Aslanovu maşında güllələyib, daha sonra da armaturla avtomobili əziblər.

***

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.


Bu barədə AFN.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu