“Azgranata”nın rəhbəri yenidən dəyişdirilib


Modern Şirkətlər Qrupunun alkoqolu və alkoqolsuz içkilər istehsalçısı “Azgranata” MMC-nin rəhbəri 1 ay içində ikinci dəfə dəyişdirilib.


Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

Böyükağa Mustafayev Nadir oğlu şirkətin baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə ötən ay bu vəzifəyə təyin edilən Cəlal Şirəlizadə Telman oğlunu əvəz edib.

Böyükağa Mustafayev bundan öncə də müvafiq sahə üzrə şirkət rəhbəri vəzifəsində çalışıb. 2019- 2022-ci illərdə “Şəmkir Aqropark” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Azgranata” 2011-ci ildən fəaliyyətdədir və 21.58 mln. manat nizamnamə kapitalı var. Şirkət Modern Şirkətlər Qrupuna daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu