Bakıda güclü yanğın - AÇIQLAMA/VİDEO


Bakıxanov qəsəbə sakinlərinin Ölkə.Az-a verdiyi məlumata görə yanan obyektin birinci mərtəbəsi avtoyuma məntəqəsi, ikinci mərtəbəsi isə çayxana kimi fəaliyyət göstərib.


***

Fövqqəladə Hallar Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın hadisəsi Bakıxanov qəsəbəsi ərazisində ikimərtəbəli obyektdə baş verib.


Bildirilib ki, hər mərtəbəsi 80 kvadrat metr olan obyektdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Artıq yanğın məhdudlaşdırılıb.

***

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın baş verib.


Bu barədə ərazidə yaşayan sakinlər Ölkə.Az-ın redaksiyasına video göndəriblər.
Yananan ərazi və hadisəsnin səbəbi məlum deyil.

Yanğının təsirindən tüstü xeyli əraziyə yayılıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu