Telekommunikasiya avadanlıqlarının istismarı qaydaları dövlət qurumları ilə müzakirə edilib


Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.


İKTA-dan AFN.az-a verilən məlumata görə, görüş çərçivəsində mobil operatorlara, sabit simsiz texnologiyalardan istifadə edərək internet telekommunikasiya xidməti göstərən operator və provayderlərə və digər radiotezlik istifadəçilərinə aid baza stansiyalarının (RBS), həmçinin digər ötürücü radio avadanlıqların quraşdırılması və istismarı üçün ekoloji ekspertiza rəyinin və sanitariya-epidemioloji rəyin verilməsinə dair geniş müzakirə aparılıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu