Fransanın keçmiş prezidenti Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib


Fransanın sabiq prezidenti Sarkozi 2012-ci il prezident seçkilərində qanunsuz maliyyə təmin etdiyinə görə 6 ayı şərti olaraq 1 il həbs cəzasına məhkum edilib.



2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozinin 2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı və kampaniyanı bu dəstəklə apardığı iddia edilir.

Fransız-Livan əsilli Takieddine-nin 2006-cı ilin sonlarında Liviyadan Sarkoziyə 5 milyon avro gətirdiyi iddia edilir.

İddialardan sonra 2013-cü ildə ilkin istintaq açılıb. Sarkozi 2018-ci il martın 21-də Parisdə saxlanılıb və ona qarşı seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi, korrupsiya və Liviya dövlət vəsaitlərinin gizlədilməsi ittihamları ilə istintaq başlayıb.

İş adamı Takieddine isə əvvəlcə Sarkozinin Liviyadan maliyyə aldığını iddia edib, sonra isə hələ tam bilinməyən bir səbəbdən 2020-ci ildə açıqlamalarını dəyişib və bunun əksini iddia edib.

Sarkozi ona qarşı irəli sürülən ittihamları götürməsi üçün ən azı səkkiz nəfər vasitəsilə Takieddine təzyiq etməkdə şübhəli bilinir.

Fransanın sabiq prezidentinin bunun üçün 608 min avro xərclədiyi iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu