Zəngəzur dəhlizi Türk dünyasını bir-birinə birləşdirəcək, bölgədə turizmi inkişaf etdirəcək - Cəfər Qara


İstanbulda keçirilən “EMİTT-2024” beynəlxalq turizm sərgisində iştirak etmək məqsədilə Türkiyədə səfərdə olan “Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qara bu ölkənin məşhur turizm nəşri olan “Hotel” qəzetinə müsahibə verib.


AFN.az “Hotel” qəzetinə istinadən xəbər verir ki, Azərbaycanın turizm potensialından, rəhbərlik etdiyi şirkətin fəaliyyətindən bəhs edən Cəfər Qara müsahibəsində Zəngəzur dəhlizinin açılmasının Azərbaycan və regional turizmin inkişafına verə biləcəyi töhfələrdən də danışıb.
Şirkət rəhbəri Zəngəzur dəhlizinin açılmasının perspektivlərindən bəhs edərək deyib ki, Azərbaycanı Naxçıvana, oradan da Türkiyəyə bağlayacaq dəhliz Türk dünyasını bir-birinə birləşdirəcək, bölgədə zənginlik və sosial rifahı təmin edəcək, turizmi inkişaf etdirəcək. “Zəngəzur dəhlizinin açılması ilə Orta Asiya və Avropa arasında Xəzər dənizi və Türkiyə üzərindən keçəcək bir əlaqə formalaşacaq. Bu dəhlizin açılması Türkiyənin yalnız Azərbaycanla deyil, eyni zamanda Yaxın Şərqlə ticarət həcminin artmasına vəsilə olacaq. Həmçinin Türk dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək. Zəngəzur dəhlizi Türk dünyasının parlayan ulduzu olacaq”, - deyə Cəfər Qara müsahibədə qeyd edib.
“Zakher Travel”in rəhbəri daha sonra şirkətinin fəaliyyət istiqamətləri, əməkdaşlıq etdiyi ölkələr və xarici tərəfdaşlar, gələcək planlar barədə də ətraflı danışıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu