Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşüb


Qazaxıstanın daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.



Erjan Sadenov və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra Azərbaycanın daxili işlər naziri səlahiyyətlərini icra edən general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə polis general-leytenantı Erjan Sadenovu təbrik edib. Səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib, Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

E.Sadenov səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, həyata keçirilən islahatlar barədə məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyini bildirib.

Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, Polis Akademiyasına, Təhlükəsiz Şəhər Xidmətinə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu