Vasif Talıbov Milli Məclisin iclasına niyə gəlməyib? - İLGİNC DETALLAR


Vasif Talıbov Milli Məclisin yaz sessiyasının ilk iclasına gəlməyib. Baxmayaraq ki, bu iclas çox önəmli idi, ölkənin yeni dövr üçün baş naziri seçildi, V.Talıbov bu dəfə də gəlməməyi üstün tutdu.



Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a şərhində bildirib ki, Vasif Talıbov dünyanın düz vaxtı da iclaslara gəlməyib.

O qeyd edib ki, V.Talıbov səlahiyyətləri əlindən alındığı üçün dövlətdən küskündür:

“Vasif Talıbov hesab edir ki, Milli Məclis onun yeri deyil. O, özünü hər zaman deputatlıqdan daha yüksəkdə görüb. Bunun davasını etdiyinə görə qəzəbə düçar oldu. Vasif Talıbovun iclasa gəlməməyi normaldır. Əvvəllər Naxçıvanın Ali Məclisinin sədri həm də Milli Məclisin sədr müavini olub. Bu səlahiyyət əlindən alındıqdan sonra Vasif Talıbov iclaslara gəlmir. Əgər ona mandat verilsə idi, gələ bilərdi. O əvvəllər birinci sırada otururdu. Sonuncu dəfə iclasda birinci sırada oturanda onu qolundan tutub ayağa qaldırıb ayaqyolu tərəfdə oturdublar. O, yeni sürprizlərlə qarşılaşmamaq üçün iclaslara gəlmir”.

Heydər Oğuz Vasif Talıbovun ölkənin ikinci şəxsi olmaq iddiasında olduğunu qeyd edib:

“Vasif Talıbov vitse-prezident olmaq istəyirdi. Bu barədə açıq iddialar səsləndirib. O vaxt 7-8 deputatı toplayıb bu barədə müzakirə aparmışdı. Onlara tapşırmışdı ki, onun namizədliyini irəli sürsünlər. Qüdrət Həsənquliyev də təzyiq ilə sonuncu Vasif Talıbovun adını çəkmişdi. Onlar arasında düşmənçilik buna görə olmuşdu. Göründüyü kimi, Vasif Talıbov özünü ölkənin ikinci şəxsi kimi görüb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu