Ukrayna: "Avdiyivkanın cənub-şərq kənarındakı mövqedən geri çəkilməyə qərar verdik"


“Tavriya” Əməliyyat-Strateji Bölməsinin komandiri Oleksandr Tarnavski Avdiyivkanın cənub-şərq kənarındakı “Zenit” adlı mövqedən geri çəkilməyə qərar verdiklərini açıqlayıb.



Bu barədə Tarnavski sosial media hesabında açıqlama verib.

Tarnavski taktiki olaraq sözügedən mövqeyə sahib olmağın rus ordusuna üstünlük vermədiyini və Avdiyivkanın müdafiəsi əməliyyatına təsir etmədiyini qeyd edərək, hazırda qoşunların yenidən qruplaşdırılması və yeni mövqelərə yerləşdirilməsinin, planlı şəkildə gücləndirilməsinin davam etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu