"Telegram"da nasazlıq yaranıb


"Telegram" messencerində nasazlıq yaranıb.



Bu barədə Downdetector xidmətinin saytında məlumat verilib.

Messencerin mobil və brauzer versiyalarının işində problemlər qeydə alınıb. İstifadəçilər faylları endirə bilmədiklərini və həmçinin mətn mesajları göndərməkdə çətinlik çəkdiklərini bildiriblər.

Downdetector-un məlumatına görə, "Telegram"da problemlər bütün dünyada müşahidə olunur. Şikayətlərin əksəriyyəti mobil proqram istifadəçilərindən gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu