Qadın ona söz atan kişini döydü - VİDEO
Naxçıvanda qadın kişini döyüb.
AFN.az xəbər verir ki, hadisəyə səbəb kişinin ona söz atması olub. Hadisədən hiddətlənən xanım kişiyə fiziki güc tətbiq etməli olub. Məsələyə polis qarışıb və kişini qadının əlindən alaraq kənarlaşdırıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə fevralın 21-də baş verib. "Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək" - deyə qurumun açıqlamasında qeyd edilib.