Azərbaycan bələdiyyələrinin ümumi büdcəsi Tallin bələdiyyəsinin büdcəsindən 25 dəfə azdır


Azərbaycanda bələdiyyələrin birləşdirilməsi yenidən gündəmdədir.


AFN.az-ın xəbərinə görə, bununla bağlı parlamentə yeni qanun layihəsi təqdim edilib. Layihəyə görə, əhali sayı 3 min nəfərdən az olan bələdiyyələr birləşdiriləcək. Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, birləşdirmə nəticəsində bələdiyyələr böyüyəcək və bu, bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq.
Hazırda Azərbaycan vələdiyyələrinin sosial-iqtisadi vəziyyəti necədir? Bu istiqamətdə uğur qazanmaq üçün nələrə ehtiyac var?
İqtisadçı ekspert Rövşən Ağayev AFN.az-a açıqlamasında bildirdi ki, bələdiyyələrin maddi resurslarla təmin olunması vacib məsələdir. Onun sözlərinə görə, bu gün kənd bələdiyyələrinin illik büdcəsi 7-8 min manatdır ki, bu vəsait də heç bələdiyyənin əməkhaqqı və inzibati xərclərinə yetəcək səviyyədə deyil: “Bu gün Azərbaycanda bütün bələdiyyələrin büdcəsi 30 milyon dollar ətrafındadır. Bu, təkcə Gürcüstanın Tiflis bələdiyyəsinin büdcəsindən təxminən 14 dəfə, əhalisi bizdən 8-9 dəfə az olan Estoniyanın paytaxtı Tallinin bələdiyyəsinin büdcəsindən isə 25 dəfə azdır. Bu problemlər həllini tapmalıdır. Hökumət vacib məsələləri qoyub kənarda bələdiyyələri birləşdirir. Bəs səlahiyyət, maliyyə məsələlərini kim həll edəcək?”

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu