İcra başçısı Xocalı tədbirində iştirak etmədi - FOTOLAR


Bu gün Ağstafada Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirak etməyib.


RİH-in keçirilən tədbirlə bağlı yaydığı məlumatda icra başçısının iştirak etməməsi sual doğurub.

Tədbirdə başçının birinci müavini Müşfiq Hüseynov, RİH-in və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Şəhidlər Memorial kompleksi ziyarət olunub.

Bundan əlavə, Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa isə başçının digər müavini Lalə Eyyubovanın sədrliyi ilə keçirilib.

Məsələ ilə bağlı İqtisadiyyat.az RİH-ə sorğu ünvanlayıb. Bildirilib ki, icra başçısı bu gün işə getməmək üçün icazə alıb. RİH-dən hər şeyin qaydasında olduğu, narahatlığa heç bir əsasın olmadığı bildirilib və digər məlumat verilməyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu