341 min bağlantı üçün 100 milyon manatdan çox vəsait xərclənməsi ağlasığmazdır - EKSPERT


"Aztelekom" açıqlayıb ki, 2022-ci ildə gəlirləri təxminən 107 milyon manat olub. Amma bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, bu zərər əvvəlki ildən də 2.25 dəfə çoxdur.


AFN.az xəbər verir ki, bunu KT sahəsi üzrə ekspert Osman Gündüz deyib. Onun sözlərinə görə, "Aztelekom" xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib: "Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib. Belə çıxır ki, 341 min bağlantı üçün 100 milyon manatdan çox vəsait xərclənib.
Bu ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var. Ümid edirəm "Aztelekom" dövlət şirkəti bu məsələyə aydınlıq gətirəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu