Hindistanda dini yürüş zamanı 14 uşağı tok vurub
Hindistanın Racastan ştatının Kota şəhərində dini yürüş zamanı 10-16 yaş arası 14 azyaşlını elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb.
Bu barədə India Today məlumat yayıb.
Hadisə hinduların Mahaşivratri bayramını qeyd edərkən baş verib. Yürüşdə iştirak edən yeniyetmələrdən biri təxminən 6,7 metr hündürlüyündə bambukdan hazırlanmış bayraq daşıyaraq elektrik xəttinə toxunub.
Hadisə nəticəsində iki azyaşlı müvafiq olaraq 100% və 50%, daha 12 nəfər isə bədənin 50%-ə qədər yanıq xəsarətləri alıb. "India Today" xəbər verir ki, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.