Rəcəb Tayyib Ərdoğan: Sülh sammitinə ev sahibliyi etməyə hazırıq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb.



Prezident Ərdoğan Ukrayna prezidenti Zelenski ilə birgə mətbuat konfransı keçirib.

Ərdoğan çıxışından Rusiyanın da daxil olacağı sülh sammitinə ev sahibliyi etməyə hazır olduqlarını bildirib. O, Qara dəniz təşəbbüsünün qlobal ərzaq böhranının qarşısını aldığını vurğulayıb.

Türkiyə prezidenti yeni razılaşmanın əldə olunması üçün əvvəlki kimi dəstək verməyə hazır olduqlarını bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu