Bakıda 17 faiz əhali avtobussuz qalıb


“Bu gün Bakı şəhərində aparılan təhlilə əsasən, 17 faiz əhalinin ictimai nəqliyyata çıxışı yoxdur. Bu da sakinləri məcbur edir ki, fərdi nəqliyyat vasitələrində istifadə etsinlər".


Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, diaqnostika onu göstərir ki, xətdə olan avtobusların sayı cədvəllərdə göstərilən avtobusların sayından kifayət qədər aşağıdır. “2022-ci ilin sentyabrın 15-də 2200 avtobus əvəzinə 1700 avtobus xəttə çıxıb”, - o qeyd edib.

Rzayev bildirib ki, 2023-cü ilin sentyabrın 15-dən etibarən avtobusların sayının 1700-dən 2000-ə çatdırmaqla problemi müəyyən qədər həllini tapıb. “Lakin sərnişindaşımadakı problemi aradan qaldırmaq üçün 2500 avtobusa ehtiyac var, amma bu gün bu sayda avtobus yoxdur”, - Rzayev bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu