Sudan ordusu 11 aydır HDK-nın nəzarətində olan milli televiziya binasını ələ keçirib


Sudan Ordusu təxminən 11 aydır qarşıdurmada olduğu Sürətli Dəstək Qüvvələrinin (HDK) nəzarətində olan milli radio və televiziya binasını ələ keçirdiyini açıqlayıb.



Ordudan verilən açıqlamada, “Silahlı Qüvvələriniz, digər nizami qüvvələriniz və onlarla çiyin-çiyinə dayanan xalqımız Sudan millətinin yaddaşı və vicdanı olan Milli Radio və Televiziya Korporasiyasının binasını ələ keçirməyi bacarıb." qeyd edilib.

Sudan ordusunun son həftələrdə paytaxt Xartumun Omdurman şəhərində həyata keçirdiyi əməliyyatlarda ciddi irəliləyiş əldə etdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu