Yaponiyada kimyəvi maddəyə düşdüyü güman edilən pişiyə yaxınlaşmamaq xəbərdarlığı


Yaponiyanın cənub-qərbində, Xirosimada itkin düşən və kimyəvi maddələrlə dolu çənə düşməkdə şübhəli bilinən pişiklə bağlı ictimaiyyətə xəbərdarlıq edilib.


Milli mətbuatda yer alan xəbərə görə, Xirosima əyalətinin Fukuyama bölgəsində gecənin qaranlığında yoxa çıxan pişiyə yerli əhaliyə yaxınlaşmamaq xəbərdarlığı edilib.

Həftə sonu yoxa çıxan və sonuncu dəfə üzlük fabrikinin təhlükəsizlik kameralarında görünən pişiyin fabrikin qarşısında ayaq izləri qoyaraq sürətlə qaçdığı görülüb.

Burada işləyən fəhlə müəyyən edib ki, pişiyin "qırmızı-sarı" pəncə izləri fabrikdəki "altı valentli xrom" (Xrom-6) ilə doldurulmuş 3 metr dərinlikdəki çəlləyə qədər gedib çıxır.

Nomura Mekki Fukuyama örtük fabrikinin meneceri Kobayashi Akihiro verdiyi açıqlamada kimyəvi çəlləyin üzərini örtən təbəqənin qismən yırtıldığını tapdıqlarını söylədi.

"Əgər anormal görünən bir pişik tapsanız, ona toxunmayın" - deyə xəbərdarlıq edilib.

Bareldəki kimyəvi maddəyə toxunduqda və ya tənəffüs etdikdə səpgi və iltihaba, xərçəngə səbəb ola biləcəyi bildirilib.

Fukuyama Bələdiyyəsi açıqlamasında kimyəvi çəlləyə düşərək şəhərdə dolaşmaqda şübhəli bilinən pişiyi tapmaq üçün patrul xidmətini artırdıqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu