“ASAN xidmət” Novruz günlərində necə işləyəcək?


Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günləri məlum olub.


AFN.az xəbər verir ki, bu barədə ASAN TV məlumat yayıb.

Bildirilib ki, 20-24 mart Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Martın 25-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. İş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, 3 saylı (Yasamal) "ASAN xidmət" mərkəzi təmir-bərpa işləri ilə əlaqədar olaraq fəaliyyət göstərmədiyindən vətəndaşlar digər mərkəzlərə müraciət edə bilərlər.

Xatırladaq ki, martın 20-dən 27-dək ölkəmizdə Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu