Terror aktı qurbanlarından 50 nəfərinin şəxsiyyəti müəyyənləşib


"Crocus Sity Hall"da törədilən terror aktının qurbanlarından 50 nəfərinin şəxsiyyəti müəyyənləşib.


TASS xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib. O, həmçinin qeyd edib ki, ərazidə axtarış əməliyyatı bazar günü başa çatacaq. Bundan əlavə, qubernatorun sözlərinə görə, terror hücumundan zərər çəkənlər üçün qan verməyə 3 mindən çox insan gəlib.

“Bilirsiniz ki, bu gün müxtəlif bölgələrdə, ilk növbədə Moskva və Moskva vilayətində çoxlu sayda sakinimiz qan verib. Bu faciə hamımızı birləşdirdi. 3 mindən çox insan qan verməyə gəldi və hər cür köməklik göstərdi”, - deyə Vorobyev bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu