“Crocus”da dağıntıların təmizlənməsinə 719 mütəxəssis və 213 texnika cəlb olunub


“Crocus City Hall”da dağıntıların təmizlənməsinə 719 nəfər və 213 texnika cəlb olunub.


Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Telegram kanalında bildirib.

“Xilasedicilər "Crocus"da faciə baş verən yerdə gecə-gündüz işləyirlər - onlar dağıntıları təmizləməyə və insanları axtarmağa davam edirlər. 719 mütəxəssis və 213 texnika cəlb olunub”, - deyə rayon rəhbəri bildirib.

O, işlərin ən azı daha bir neçə gün davam edəcəyini vurğulayıb. Vorobyov əlavə edib ki, ən çox konsert zalı əziyyət çəkib - o, tamamilə yanıb, tavandan qalanlar da uçmaq təhlükəsi ilə üzləşib.

Bundan əvvəl qubernator terror aktından sonra yanan "Crocus City Hall"dan ilk video və fotoşəkilləri nümayiş etdirib. Videoda binanın çökmüş konstruksiyaları və yanan elementləri əks olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu