Çin Cənubi Çin dənizindəki gərginliyə görə Filippinə etiraz edib


Çin martın 23-də Cənubi Çin dənizində sahil mühafizə gəmilərinin Filippin gəmilərinə təzyiqli su səpməsi hadisəsindən sonra Manila rəhbərliyinə etiraz etdiyini bildirib.



Çin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, nazir müavini Çin Xiaodong insidentlə bağlı Filippin Xarici İşlər katibinin müşaviri Maria Tereza Lazaro ilə telefonda danışıb.

Hadisədən sonra Filippin Xarici İşlər Nazirliyi də Çinin Maniladakı səfirliyinin rəsmilərinə zəng edərək, onların reaksiyasını çatdırıb.

Çin sahil mühafizə gəmiləri martın 23-də İkinci Thomas Shoalda quruya çıxan "BRP Sierra Madre" hərbi gəmisini müntəzəm olaraq təmin edən Filippinin sahil mühafizə gəmilərinə təzyiqli su səpib.

Filippin tərəfi gərginlikdə Çini günahlandırarkən, Çin tərəfi hadisənin Filippinin təxribatı nəticəsində baş verdiyini qeyd edərək, Manila rəhbərliyini bölgədə gərginliyi artıracaq addımlardan çəkinməsi ilə bağlı xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu