Bakıda yenidən qurulan parklanmada tariflər müəyyənləşdi - QİYMƏTLƏR


Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parkinq tarifləri müəyyənləşib.


AFN.az-ın məlumatına əsasən, qiymətlər parkinq müddəti ilə tənzimlənir.

Belə ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Digər qiymətlər isə belədir:

15-30 dəqiqə - bir manat,

30-60 dəqiqə - iki manat,

1-2 saat - dörd manat,

2-3 saat - altı manat,

3-5 saat – 10 manat,
5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Qeyd edək ki, tariflər martın 27-dən tətbiq ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu