Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni alacaqlar


Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar.


AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazir İrakli Kobaxidze feysbuk hesabında paylaşım edib.
Nazir bildirib ki, komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı üçün ordeni alacaqlar: “Mən 30 ildir ki, bu günü gözləyirdim. Böyük xoşbəxtlikdir. Qəhrəmanları qiymətləndirmək lazımdır”.

Qeyd edək ki, AÇ-2024-ün pley-off raundunun final oyununda Yunanıstana qalib gələn Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu