Naibə Allahverdiyevanın vəziyyəti ağırlaşdı


Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb.


O, səhhəti ilə bağlı RTV-yə açıqlama verib. Xalq artisti hazırda 5 saylı kliniki xəstəxanada olduğunu qeyd edib:

"Hazırda 5 saylı kliniki xəstəxanasınadayam. Həkimlərdən cavab gözləyirəm. Hansı infeksiya olduğunu hələ bilmirlər. Mən də gözləyirəm”.

Qeyd edək ki, Naibə Allahverdiyeva Lent.az-a müraciət edərək xəstə olduğunu həkimlərin ona çarə tapa bilmədiyini deyərək kömək istəyib.

Naibə Allahverdiyeva müsahibəsində bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir və həkimlərdən kömək ala bilmir:

“Mən ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?”, - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu