Moskvada sinaqoqda terror aktına cəhdin qarşısı alınıb
FTX-nin mətbuat xidmətinin yaydığı bəyanatda “FTX Moskvadakı sinaqoqda terror aktı törətməyi planlaşdıran 2002-ci il təvəllüdlü Mərkəzi Asiya ölkəsindən olan vətəndaşın cinayət törətməsinin qarşısını alıb" ifadələri işlənib.
Açıqlamada sözügedən şəxsin sinaqoqda kəşfiyyat apardığı və bomba üçün materiallar aldığı qeyd edilib, terrorçunun aprelin 10-da saxlanılarkən təhlükəsizlik qüvvələrinə atəş açdığı və zərərsizləşdirilidiyi qeyd edilib.