NATO İranın İsrailə hücumunu pisləyib
![](/uploads/posts/2024-04/1713120590_nato-1475907_1.jpg)
NATO İranın İsrailə hücumları ilə Yaxın Şərqdə gərginliyi artırmasını pisləyib və mülayim olmağa çağırıb.
Bu barədə NATO sözçüsü Farah Daxlallah X hesabında verdiyi açıqlamada qeyd edib.
NATO-nun hadisələri yaxından izlədiyini ifadə edən Daxlallah, Yaxın Şərqdəki münaqişənin nəzarətdən çıxmaması həyati əhəmiyyət kəsb etdiyini qeyd edib.