Qalatasaraydan imza şou - 5 futbolçunun müqaviləsi uzadıldı


"Qalatasaray" futbolçuları Fernando Muslera, Lukas Torreira, Barış Alper Yılmaz, Abdülkerim Bardakcı və Kaan Ayhanın müqaviləsini uzadıb.



RAMS Parkda keçirilən mərasimdə "Qalatasaray" klubunun prezidenti Dursun Özbek, Sportif AŞ-nin sədr müavini Erden Timur, müqavilə müddəti uzadılan kapitan Fernando Muslera, Lukas Torreira, Abdülkerim Bardakcı, Barış Alper Yılmaz və Kaan Ayhan iştirak edib.

Dursun Özbek açıqlamasında 5 futbolçunun hamısına "Qalatasaray"a verdikləri töhfələrə və zəhmətlərinə görə təşəkkür edərək, "Bu imza mərasimində xüsusilə qardaşlarımın yanında olmaq istədim. Yeni uğurlara doğru irəliləyirik. İnanıram ki, bütün azarkeşlər bu komanda ilə qürur duyurlar. Bütün kuboklarını bizə gətirmələrini istəyirəm" deyə qeyd edib.

İmzalanma mərasimi kollektiv şəkil çəkdirilməsi ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu