Cavanşir Məmmədov vəfat edib


Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.


AFN.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu