Danimarkada hava limanı bomba təhlükəsi səbəbindən boşaldılıb


Bomba təhlükəsi ilə əlaqədar şənbə günü Danimarkanın Billund hava limanına xüsusi xilasetmə qrupu çağırılıb.



Bu barədə yerli media xəbər verib.

Danimarka polisi əlavə təfərrüatlar açıqlamadan hadisəni təsdiqləsə də, insanları hadisə yerindən uzaq durmağa çağırıb.

Hadisə şahidi Danimarkanın TV 2 telekanalına bildirib ki, onlarla yanğınsöndürmə maşını Danimarkanın ikinci böyük hava limanına gəlib.

Terminal evakuasiya edilərkən, digər sərnişinlər əvvəlcə təyyarələrdə qapalı qalıb, sonra isə köhnə terminal binasına aparılıblar.

Bu arada hava limanına gedən təyyarələrin istiqaməti dəyişdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu