Metroda çəkilən görüntülərlə bağlı açıqlama - VİDEO


“Bakı Metropoliteni”nin Həzi Aslanov stansiyasında qatar xətlərinin üzərinə su axması ilə bağlı görüntülər yayılıb.


AFN.az xəbər verir ki, görüntülərdə stansiyanın tavanından suyun sızaraq relslərin üzərinə və ətrafına axdığı bəlli olur.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, “Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib: “Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb. Suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib.
Ətraflı

Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib. Qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub”.

Oxu.az-a istinadən sözügedən görüntüləri təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu