Anar Məmmədli haqda həbs qərarı verildi - YENİLƏNİB
Vəkil Cavad Cavadov bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədli haqda 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qərardan apellyasiya şikayəti veriləcək.
***
Ötən gün saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
A.Məmmədlinin hüquqlarını vəkil Cavad Cavadov müdafiə edir.
Vəkil bildirib ki, hazırda eyni işlə bağlı polis idarəsinə gedir. Bu günlərdə A.Məmmədlinin məhkəməyə çıxarılacağı gözlənilir.