Elon Musk X və "SpaceX"-in qərargahını Texasa köçürür


Elon Musk uşaqlarda transseksuallığa yol açacaq qanunun qəbulu səbəbindən "SpaceX"-in qərargahını Kaliforniyadan Texasa köçürür.


O, özünə məxsus X platformasındakı paylaşımında bu qərarın arxasında duran səbəblərdən biri kimi Kaliforniyada qəbul edilən və məktəblərin valideynlərinə şagirdlərin cinsiyyətinin dəyişdirilməsi tələbləri barədə məlumat verməsini qadağan edən yeni qanunu göstərərək bunu “Son damla” kimi xarakterizə edib.

"Bu qanun və ondan əvvəl gələn bir çox qanuna görə, "SpaceX"-in qərargahı indi Kaliforniyanın Hauthorne şəhərindən Starbase, Texasa köçürüləcək" deyən Musk qeyd edib ki, X-in qərargahı Ostinə daşınacaq.

Kaliforniya qubernatoru Gavin Neusom tərəfindən imzalanan qanun, valideynlərin tələbələrin cinsini dəyişdirmək və ya yeni əvəzliklərdən istifadə etmək tələblərindən xəbərdar edilməsini tələb edən məktəb siyasətlərini qadağan edir.

Musk keçmişdə transgenderlər haqqında söylədiyi təxribat xarakterli açıqlamalarına görə tənqid edilib. Onun öz qızı qanuni olaraq adını və cinsiyyətini dəyişdirərək məhkəmə sənədlərində "Mən artıq bioloji atamla heç bir şəkildə əlaqə qurmaq istəmirəm" demişdi.

Musk, 2023-cü ildə istifadəçilərin qəsdən yanlış cinsiyyət göstərməsinə və ya köhnə adları ilə xatırlanmasına mane olan X qaydalarını ləğv edib, lakin bu qaydalar 2024-cü ildə bərpa edildi.

Maskın qərargahını köçürməsi X və "SpaceX" şirkətlərinin minlərlə əməkdaşına təsir edəcək, çünki hər iki şirkət işçilərindən ofislərdə işləməyi tələb edir. Mask 2022-ci ildə X-i əldə etdikdən sonra, demək olar ki, bütün işçilərinin ofisə qayıtmasını tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu