ABŞ Yaponiyada "Patriot" raketlərinin istehsalını artıra bilmir


Birləşmiş Ştatlar "Boeing"in tədarük etdiyi kritik komponentlərin çatışmazlığı səbəbindən Yaponiya zavodlarında "Patriot" hava hücumundan müdafiə sistemi üçün raketlərin istehsalını artıra bilmir.



Bu barədə Reuters agentliyi məlumat yayıb.

Yaponiyanın iki hökumət rəsmisi və ölkənin hərbi sənayesindən olan iki mənbə agentliyə bildirib ki, "Mitsubishi Heavy Industries" (MHI) artıq Amerikanın "Lockheed Martin" korporasiyasının lisenziyası əsasında ildə 30 belə raket istehsal edir və bu rəqəm 60-a çatdırıla bilər. ABŞ dünya miqyasında istehsalını 500 raketdən 750-yə qədər artırmaq istəyir, lakin Yaponiyada "Boeing"dən təyinatlı döyüş başlıqlarının olmaması səbəbindən məhsuldarlığı artırmaq mümkün olmayacaq.

Yapon sənaye mənbəsi Reuters-ə bildirib ki, MHI istehsalı artıra bilməsi üçün bir neçə il lazımdı.

Hissə çatışmazlığından əlavə MHI istehsal gücünü genişləndirmək problemi ilə də üzləşir. Agentlik qeyd edib ki, Yaponiyada "Patriot" istehsalının artırılması ilə bağlı problemlər ABŞ-ın müttəfiqlərindən qlobal silah tədarük zəncirlərinə yardım gətirməkdə üzləşdiyi çətinliklərin nümunəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu