Almaniya nüvə silahına malik F-35 zavodu tikəcək


Almaniyada nüvə silahı daşıya bilən F-35 təyyarələrinin istehsalı üçün zavod tikəcəklər.


AFN.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Almaniyanın "Rheinmetall" müdafiə şirkəti gizli texnologiyadan istifadə edən Amerikanın çoxfunksiyalı qırıcı-bombardmançı F-35A Lightning II istehsalına qoşulur. F-35A bu gün dünyanın ən effektiv döyüş təyyarəsi adlanır.

Zavod kiçik Weeze hava limanının yanında sənaye zonasında təxminən 60.000 kvadratmetr sahədə tikiləcək. Tədqiqat və təkmilləşdirmə bölməsinin də olacağı yeni müəssisədə 400-ə yaxın iş yeri yaradılacaq.

Weeze zavodunda F-35A Lightning II döyüş təyyarəsinin ən azı 400 orta gövdə hissəsinin istehsalı planlaşdırılır. Bu model Almaniya Hərbi Hava Qüvvələrinə (Luftwaffe) və digər dost ölkələrə tədarük ediləcək.

Bundan əvvəl Almaniyanın "Rheinmetall" müdafiə konserni "Leopard 2" tankları üçün mərmi istehsalını dörd dəfə artıra bilmişdi. "Biz tank sursatlarının istehsalını artırırıq" - deyən konsernin fabriklərindən birinin direktoru Harald Vaysmüller şirkətin Ukrayna Silahlı Qüvvələrinin artan ehtiyaclarını ödəmək və ildə istehsal olunan 155 mm-lik haubitsa mərmilərinin sayını 40.000-dən 140.000-ə qədər artırmaqda uğur qazandığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu