"Rheinmetall" Ukraynada mərmi istehsalı zavodu tikir

Almaniyanın “Rheinmetall” müdafiə konserni birbaşa Ukraynada 155 mm-lik artilleriya mərmilərinin istehsalı üzrə zavod tikməyi planlaşdırır.
DPA agentliyinin məlumatına görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyadan olan bir şirkət Ukrayna tərəfi ilə müvafiq niyyət memorandumu imzalayıb.
Agentlik "Rheinmetall" rəhbəri Armin Pappergerin sözlərindən sitat gətirib: "Biz Ukraynanın bir vaxtlar güclü hərbi-texniki sənayesini bərpa etmək baxımından səmərəli tərəfdaş olmaq istəyirik".
İmzalanma mərasimində Ukrayna tərəfdən strateji sənayelər naziri Aleksandr Kamışin iştirak edib. Zavod müştərək müəssisə tərəfindən idarə olunacaq və ildə “altı rəqəmli mərmi” istehsal edəcəyi gözlənilir.