"Rheinmetall" Ukraynanı avtomatik kəşfiyyat sistemləri ilə təchiz etməyə başladı


Almaniyanın “Rheinmetall AG” müdafiə konserni pilotsuz uçuş aparatlarından istifadə edən avtomatik kəşfiyyat sistemlərinin Ukraynaya çatdırılmasına başlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib. Şirkətdən o da vurğulanıb ki, bu sistemlər əsasən minimum personalın cəlb olunduğu ərazinin tədqiqi üçün istifadə olunur. Layihə çərçivəsində "Rheinmetall" Estoniyanın "DefSecInt" şirkəti ilə əməkdaşlıq edir.

Qeyd etmək yerinə düşər ki, "SurveilSPIRE" sistemləri gecə-gündüz müşahidə üçün kameralarla təchiz edilmiş mobil müşahidə postlarından, patrul və digər missiyalar üçün istifadə oluna bilən kiçik dronlardan və onların idarəetmə kompleksindən ibarətdir. Sifarişə malların çatdırılması vasitələri də daxildir. "Rheinmetall" müqavilənin məbləğini açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu