Almaniya Ukraynaya 20 "Marder" piyada döyüş maşını tədarük edəcək


Almaniyanın "Rheinmetall" konserni Almaniya federal hökumətindən Ukraynaya 20 "Marder" piyada döyüş maşını (IFV) tədarükü üçün sifariş alıb.


Bu barədə müəssisənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

"Yeni partiyanın çatdırılması 2024-cü ilə planlaşdırılır", - press-relizdə deyilir.

Qeyd olunur ki, Ukrayna 1A3 versiyalı piyada döyüş maşınları ilə təchiz ediləcək və onlar əlavə olaraq lazer məsafəölçənləri ilə təchiz olunacaqlar. "Rheinmetall", sifarişin "iki rəqəmli milyonlarla" avro dəyərində olduğunu açıqlayıb.

Bundan əvvəl Almaniya Ukraynaya 18 min 155 mm-lik haubitsa mərmisi, 14 Vektor kəşfiyyat PUA-sı, 30 RQ-35 Heidrun pilotsuz təyyarəsi, həmçinin Leopard tank silahları üçün döyüş sursatlarının təhvil verildiyini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu