Fransa müasir tankları iki ay ərzində Ukraynaya çatdıracağına söz verib


Fransanın müdafiə naziri Sebastien Lecornu ukraynalı həmkarı Aleksey Reznikovla AMX-10RC təkərli tanklarının tədarükü məsələsini müzakirə edib.

AFN.az NTV-yə istinadən xəbər verir ki, müzakirə zamanı fransalı nazir ölkəsinin AMX-10RC-ləri iki ay ərzində Ukraynaya çatdıracağına söz verib.

Bundan əlavə, müdafiə nazirləri Ukrayna hərbçilərinin AMX-10RC-nin idarə edilməsi istiqamətində təlim keçməsi və Ukraynanın özünü təmin edə bilməsi üçün yaradılmış 200 milyon avroluq xüsusi fondun istifadəsi ilə bağlı məsələləri müzakirə ediblər.

Xatırladaq ki, daha əvvəl AMX-10RC təkərli tanklarının Ukraynaya təhvil verilməsi barədə qərarı Fransa prezidenti Emmanuel Makron açıqlamışdı. ABŞ həmçinin Kiyevə “Bradley” piyada döyüş maşınları, Almaniya isə “Marder” piyada döyüş maşınları vermək niyyətində olduqlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu